Çağırış Kuboku: “Azərreyl” cavab oyununa çıxır

10:55 30 Noyabr 2022

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış Kubokunda növbəti oyununu keçirəcək. Komanda 1/32 final mərhələsinin cavab oyununda Slovakiya təmsilçisi “Slaviya” ilə qarşılaşacaq.
 
Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşmaya saat 18:00-da start veriləcək.
 
Xatırladaq ki, “Azərreyl” ilk görüşdə bu rəqibinə 3:1 hesabı ilə qalib gəlib. 


Digər xəbərlər

Xəbər xətti