Braziliya millisinin üzvü Neymar DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Kamerunla görüşü buraxacaq.
Bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. İlk turda Serbiya ilə matçda (2:0) sıradan çıxan 30 yaşlı forvard hələ də zədəsini sağaltmayıb. Onun bərpa prosesi davam edir. Həmçinin Neymarda virus əlamətləri var.