"Neftçi"dən 200-cü məhsuldar oyun

13:21 30 Noyabr 2022

“Neftçi” Misli Premyer Liqasının XV turunda “Səbail”lə qarşılaşıb.

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” ev oyununda 3:1 hesablı qələbə qazanıb.

Bu, paytaxt təmsilçisinin ölkə çempionatlarında 3 və ya daha çox qol vurduğu 200-cü matç olub. “Neftçi” bu yubileyə 868-ci qarşılaşmasında çatıb. Bakılılar ən azı 3 qol vurulan matçların sayında mütləq rekordçudur.

Paytaxt təmsilçisi bu 200 oyundan 109-da üçdən çox, 91-də üç top vurmağı bacarıb. 


Digər xəbərlər

Xəbər xətti