Qətərdə təşkil olunan Dünya Çempionatında bu gün daha 2 qrupda mübarizəyə yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, bununla da 1/8 finalın daha 4 iştirakçısı bəlli olacaq. Hər bir ölkənin pley-off şansı davam etdiyi E qrupunda İspaniya millisi Yaponiya ilə, Almaniya yığması isə Kosta Rika ilə qarşılaşacaq.
F qrupunda isə Kanada Mərakeşlə, Xorvatiya isə Belçika ilə qarşılaşacaq. Bu qrupda Kanada yığması daha əvvəl tur şansını itirmişdi.
1 dekabr
F qrupu
19:00. Kanada - Mərakeş
19:00. Xorvatiya - Belçika
E qrupu
23:00. Kosta Rika - Almaniya
23:00. Yaponiya - İspaniya