Hindistanın Kəlküttə şəhərində keçirilən "Tata Steel İndia" rapid turniri davam edir.
Sportarena.az xəbər verir ki, yarışın sonuncu günündə şahmatçımız Şəhriyar Məmmədyarov 7-ci turda hindistanlı Nihal Sarinlə, 9-ci turda özbəkistanlı Nodirbek Abdusattorovla, 9-cu turda isə hindistanlı Santoş Viditlə üz-üzə gələcək.
Şəhriyar Məmmədyarov hazırda 3,5 xalla üçüncü pillədədi.