"Qarabağ" klubu dünyada ikinci yerə çıxdı

13:27 1 Dekabr 2022

Dünyanın liqalar üzrə davam etməkdə olan ən uzun məğlubiyyətsizlik seriyaları açıqlanıb. 

 

Sportarena.az xəbər verir ki, Premyer Liqanın 15-ci turunda "Zirə" ilə qolsuz bərabərə qalan "Qarabağ" siyahıdakı mövqeyini dəyişərək 2-ci pilləyə yüksəlib.

 

35 oyundur ki, uduzmayan Ağdam təmsilçisi yalnız "Srena Zvezda"dan geri qalır. Belqrad klubunun Serbiya çempionatındakı məğlubiyyətsizlik seriyası 43 matçdır.

 

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri son məğlubiyyəti ötən mövsümün onuncu turunda "Səbailə"ə qarşı olub- 1:3. 


Digər xəbərlər

Xəbər xətti