Millimizin oyunçusu Amin Seydiyev "Sabah"ın tarixində ən çox oyun keçirən oyunçu oldu.
Sportarena.az xəbər verir ki, 24 yaşlı müdafiəçi buna "Turan Tovuz"la oyunda nail olub.
Gənc müdafiəçi "Sabah"ın heyətində 68 oyuna çıxıb. Bundan əvvəl rekordun sahibi "Sabah" forması ilə 67 matça çıxan Saşa Stamenkoviç idi.