Qələbə sevincinin qurbanı oğlu oldu

17:40 1 Dekabr 2022

Argentinalı bir azerkeş DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Polşa üzərindəki qələbəni (0:2) qeyd edərkən tapançadan açdığı atəş 8 yaşlı oğlunu yaralayıb.

 

Sportarena.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Santo Tome şəhərində baş verib.

 

Güllə uşağın bud nahiyəsindən dəyib. Ata təcili yardım maşını ilə oğlunu xəstəxanaya çatdırıb. Özü isə oğlunu orada qoyub qaçıb.

 

Qeyd edək ki, Argentina qrupu oynadığı 3 oyunda 6 xal toplayaraq lider kimi tamamlayıb. 1/8 final mərhələsində onlar dekabrın üçü Avstraliya millisi ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti