"Neftçi" Müşahidə Şurasının tərkibində dəyişikliklərə gedib

23:58 1 Dekabr 2022

"Neftçi"nin Müşahidə Şurasının (MŞ) tərkibində dəyişikliklər edib.

 

Sportarena.az xəbər verir ki, SOCAR prezidenti Rövşən Nəcəf MŞ sədri Çingiz Abdullayevi  əvəzləyib.

 

Elm və Təhsil naziri Emin Əmrullayev, Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.

 

Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.

 

Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov klubdan ayrılıb.


Digər xəbərlər

Xəbər xətti