Şəhriyar Məmmədyarov Hindistanda 6-cı oldu

02:00 2 Dekabr 2022

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirində çıxışını başa vurub.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın sonuncu günündə daha 3 görüş keçirib. O, 7-ci turda hindistanlı Nihal Sarinə uduzub. Şahmatçımız 8-ci və 9-cu turlarda isə müvafiq olaraq özbəkistanlı Nodirbek Abdusattorov və hindistanlı Santoş Viditlə heç-heçə edib. Məmmədyarov yekunda 4,5 xalla 6-cı pilləni tutub.

 

Qeyd edək ki, dekabrın 3-də “Tata Steel İndia”da blits yarışlarına start veriləcək. Turnirin qalibi 10 min ABŞ dolları qazanacaq. 


Digər xəbərlər

Xəbər xətti