"Qarabağ" və "Neftçi" eyni oyunçunu istəyir

09:32 2 Dekabr 2022

"Qarabağ" və "Neftçi" Qazaxıstan millisinin oyunçusunu transfer etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, komandalarımızın transfer gündəliyinə düşmüş Nurali Alip "Kayrat" klubunyn futbolçusu olsa da, o hazırda Rusiyanın "Zenit" klubunda icarə əsasında çıxış edir.

 

Azərbaycan klubları ilə yanaşı, Rusiyanın "Pari Nijni Novqorod" klubun da maraqlandığı oyunçu az forma şansı tapdığından, özü də klubundan ayrılmaq marağındadır.

 

"Kayrat"la müqaviləsi 2023-cü ildə bitəcək olan Nurali Alipin bazar dəyəri 1,2 milyon avro olaraq qiymətləndirilir.


Digər xəbərlər

Xəbər xətti