Seneqal Futbol Federasiyası FIFA İntizam Komitəsi tərəfindən 10 min İsveçrə frankı məbləğində cərimələnib.
Sportarena.az xəbər verir ki, buna səbəb Seneqal millisinin Qətərdə keçirilən dünya çempionatında media ilə bağlı reqlamentin müddəalarını pozmasıdır.
Yığmanın oyunçularından heç biri Ekvadorla qarşılaşdıqları (2:1) qrup mərhələsinin III tur matçından əvvəl mətbuat konfransına qatılmayıb.
Qeyd edək ki, A qrupunu 6 xalla ikinci bitirən Afrika təmsilçisi 1/8 finalda İngiltərə ilı qarşılaşacaq