Almaniya yığmasının və "Bavariya"nın futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.
Sportarena.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Qətərdə keçirilən dünya çempionatında Kosta Rikaya 4:2 hesabı ilə qalib gəldikləri E qrupunun III tur matçı onun yığmadakı sonuncu oyunu olduğunu söyləyib.
2010-cu ildən Almaniya əsas millisində çıxış edən Tomas Müller Almaniya forrması ilə 121 matça çıxıb və 44 qol vurub.