FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi məlum olub

10:43 2 Dekabr 2022

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2859) başçılıq edir. 

 

Çinli Liren Dinq (2811) ikinci, rusiyalı Yan Nepomnyaşi (2793) üçüncü yerdədir.

 

Milli şahmatçılarımız Teymur Rəcəbov 2747 xalla 11-ci, Şəhriyar Məmmədyarov 2740 xalla 14-cü pillədə qalıb..

 

Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 21-ci, Ülviyyə Fətəliyeva (2428) 38-cidir. 


Digər xəbərlər

Xəbər xətti