Türkiyənin "TRT 1" kanalında yayımlanan Kanada-Mərakeş oyunun şərhçisi Alpər Bakırcıgil oyunun fasiləsində canlı yayımdan alınıb.
Sportarena.az xəbər verir ki, buna səbəb şərhçinin dünya çempionatları tarixində ən erkən qolun Türkiyənin sabiq oyunçusu Hakan Şükürə aid olmasını xatırlatması olub.
Alpər Bakırcıgil oyunun ilk hissəsi bitdikdən sonra canlı yayımdan alınaraq Cüneyd Qıran ilə əvəzlənib.
Qeyd edək ki, Türkiyənin köhnə ulduz oyunçusu Hakan Şükürün adı "FÖTE" ilə hallanır.