Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

11:47 2 Dekabr 2022

Kişi voleybolçulardan ibarət "Murov" klubumuz Çağırış Kubokunda növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu 1/8 final mərhələsinin ilk oyununda Niderlandda "Orion"la üz-üzə gəlib.

 

Komandamız rəqibinə 3:1 (29:27, 19:25, 25:12, 25:19) hesabı ilə uduzub.

 

Qeyd edək ki, komandalar arasında cavab görüşü dekabrın 15-də Bakıda olacaq.

 


Xəbər xətti