“Çox məyus oldum. Kosta-Rika ilə oyunda 16 qol şansımız oldu. Təəssüf ki, ilk hissədə yaxşı nəticə əldə edə bilmədik. Halbuki, üç-dörd qol vurmalı idik. Bu, oyuna təsir edəcəkdi, amma biz bacarmadıq. Çox əsəbiləşdim və bu barədə komandaya dedim. Bəli, sonda öz borclarını yerinə yetirdilər, qalib gəldilər, amma daha yaxşı çıxış edə bilərdilər".
Sportarena.az xəbər verir ki, bunu Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Kosta-Rikaya qalib gəldikləri matç (4:2) haqqında danışarkən deyib.
"Getməyimizə dünya çempionatındakı digər oyunlarımızın nəticələri səbəb oldu. Və bu yalnız bizim günahımızdır", - almaniyalı mütəxəssis bildirib.