DÇ-2022: 100-cü qol avtoqol oldu, Noyer rekord qırdı, Kanada antirekordu, afrikalılar rekordu təkrarladı

12:45 2 Dekabr 2022

DÇ-2022-nin 100-cü qolunu Mərakeş millisinin futbolçusu Nayef Aquerd öz qapısına vurub.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Kanadanı 2:1 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin III tur oyununda uğursuzluqla üzləşib.

 

 

Kanada isə indiyədək meydana çıxdığı 6 qarşılaşmanın hamısında məğlub olan yığma El Salvadora (6 məğlubiyyət) çataraq turnirin aktirekordunu təkrarlayıb.

 

Bundan əlavə, Kosta Rikaya 4:2 hesabı ilə qalib gəldikləri matçda Almaniya yığmasının formasını geyinən Manuel Noyer mundiallar tarixində ən çox oyun keçirən qolkiper oldu.

 

Dünya çempionatları tarixində ikinci dəfə iki Afrika komandası(Mərakeş və Seneqal) eyni zamanda pley-offa adlayıb. Daha əvvəl bunu 2014-cü ildə Əlcəzair və Nigeriya bacarıb.

 

F qrupunu üçüncü bitirən Belçika isə XXI əsrdə ilk dəfə böyük turnirdə (dünya və Avropa çempionatı) qrup mərhələsini adlaya bilməyib. 


Digər xəbərlər

Xəbər xətti