Almaniya prezidenti Frank-Valter Ştaynmayer DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazana bilməyən milli komandasına dəstək oldu.
Sportarena.az xəbər verir ki, ölkə başçısı DÇ-2022 haqqında danışıb:
“Əziz milli komanda, bizim üçün dünya çempionatı asan keçmədi. Əlbəttə, sizi alqışlamaq istərdik. Dərindən nəfəs almaq, bir az dincəlmək və yenidən enerji toplayaraq növbəti turnirə hazırlaşmağın vaxtıdır. Sizə uğurlar arzulayıram!”
Qeyd edək ki, Almaniya yığması yer aldığı E qrupunu 4 xalla üçüncü tamamlayıb.
Qrupu lider bitirən Yaponiya pley-off mərhələsində Xorvatiya ilə, ikinci tamamlayan İspaniya isə Mərakeşlə qarşılaşacaq.