"Ağlayan çox oyunçu vardı. Bu bəziləri üçün sondu".
Sportarena.az xəbər verir ki, bunu Belçika millisinin hücumçusu Miçhi Batşuayi Xorvatiya ilə bərabərə qaldıqları oyun haqqında danışarkən deyib.
Hücumçu Belçika millisinin məşqçisi Roberto Martinesin istefası haqqında da danışıb: "Bunu bizə ağlayaraq dedi. Hamımız məəttəl qalmışdıq".
"Dünya çempionatı yoldaşlıq oyunu deyil. Dünya Kuboku dörd ildən bir keçirilir. Böyük peşmanlıqların olması normaldır. İndi biz yenidən hərəkətə keçməli və diqqətimizi 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatına yönəltməliyik",- oyunçu əlavə edib.
Qeyd edək ki, Belçika F qrupunu üçüncü bitirərək mundialla vidalaşdı.