AFFA İntizam Komitəsi "Səbail" klubunun akademiyasının koordinatoru Mirbağır İsayevin üç ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməsinə qadağa qoyub.
Sportarena.az xəbər verir ki, buna 48 yaşlı mütəxəssisin U-17 Liqasında "Turan Tovuz"la matçda rəsmi şəxsləri təhqir etməsi səbəb olub.
Paytaxt təmsilçisinə bunun üçün 4 000 manat məbləğində cərimə kəsilib.
86-cı dəqiqədə meydana daxil olaraq hakimi təhqir edən və qırmızı vərəqə alan "Dənizçilər"in baş məşqçisi Yaşar Abuzərova isə 5 oyun cəza verilib.