“Əvvəlki qarşılaşmalardan nəticə çıxarmışdıq” - Qurban Qurbanov

23:29 2 Dekabr 2022

“Futbolçularımı təbrik edirəm. Bizim üçün vacib matç idi. Bir neçə futbolçumuzda şübhəli əzələ zədəsi oldu. Bəzi futbolçular yoruldu, bəlkə zədəlilər də olacaq. Bir neçə oyunçuda əzələ ağrıları var. Yaxşı çıxışla 3 xal əldə etdik. Azarkeşlərə təşəkkür edirəm, rəqibə uğurlar arzulayıram”.

 

Sportarena.az xəbər verir ki, bunu "Qarabağ"ın məşqçisi 0:4 hesabı ilə "Neftçi"ni məğlub etdikləroyundan sonra mətbuat konfransında deyib.

 

Məşqçi bundan əvvəli tur qarşılaşdıqları "Zirə" haqqında da danışıb: "Komandamız uzun müddət birlikdə deyildi. Təcrübəli futbolçular belə vacib görüşdə özlərini ələ almalı idilər. Yorğunluq beyinə də təsir edir. Bu, hələlik məni narahat edir. Əvvəlki qarşılaşmalardan nəticə çıxarmışdıq. Futbolçularımı tanıyıram və hər şeyi başa düşürəm".

 

“Əvvəlki matçlarda istifadə olunmayan qol şanslarından yararlandıq. “Neftçi” həmişə “Neftçi”dir. Bu gün bizim oyunumuz daha yaxşı alındı”,- 50 yaşlı mütəxəssis əlavə edib. 

 

Təcrübəli baş məşqçi kapitan Maksim Medvedevin müdafiənin sağında çıxış etməsinə münasibət bildirib: “O, daha çox təcrübəsinin hesabına oynadı. Maksim üçün birdən-birə orada çıxış etmək asan deyil. Həm də uzun müddət zədəli idi və oyun təcrübəsi az idi. Daha yaxşı Maksim görmək istəyirik”.


Digər xəbərlər

Xəbər xətti