DÇ-2022: Braziliya 24 ildən sonra ilk dəfə...

10:27 3 Dekabr 2022

Braziliya millisi 24 ildən sonra dünya çempionatının qrup mərhələsində məğlub olub.

 

Sportarena.az xəbər verir ki, Braziliya Qətərdə keçirilən dünya çempionatının G qrupunun son turunda Kameruna 0:1 hesabı ilə məğlub olub.

 

Cənubi Amerika təmsilçisi sonuncu dəfə 1998-ci ildə Fransada təşkil olunmuş dünya çempionatında 1:2 hesabı ilə Norveçə uduzmuşdu.

 

Həmçinin Kamerun millisi də Braziliyanı məğlub edən ilk Afrika təmsilçisi oldu. Bundan əvvəl "sambaçılar" 7 dəfə Afrika ölkələri ilə qarşılaşmışdı və hamısından qalib ayrılmışdı.

 

Qeyd edək ki, Braziliya millisi son turda Kameruna uduzsa da, qrupu lider kimi tamamlayıb və 1/8 finalda Cənubi Koreyanın rəqib olub.

 

Kamerun millisi isə 1/8 finala vəsiqə qazana bilməyib.


Digər xəbərlər

Xəbər xətti