Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinə yekun vurulub.
Sportarena.az xəbər verir ki, mundialın qrup mərhələsinin bombardirlər siyahısı belədir.
DÇ-2022-nin qrup mərhələlərində ən çox qolu Fransanın ulduz oyunçusu Mbappe və İspaniyanın hücumçusu Morata vurub. Onların hər ikisi üç dəfə fərqlənməyi bacarıb.
Siyahını onlarla eyni sayda fərqlənməyi bacaran Niderlandın gənc ulduzu Qakpo, İngiltərənin futbolçusu Raşfrd və Ekvador millisinin hücumçusu Valensiya davam etdirir.
Yuxarıda adı çəkilən oyunçuların komandalarından yalnız Enər Valensiyanın formasını geyindiyi Ekvador millisi mundialla vidalaşıb. Onlar A qrupunu üçüncü tamamlayıb.
Mundialın qrup mərhələlərində isə ən çox məhsuldar ötürməyə sahib oyunçu İngiltərənin forvardı Hari Keyndir. Onun üç asisti var.
Hari Keynin arxasından fransalı Teo Hernandeş, poruqaliyalı Bruno Fernadeş, İspaniyadan Jordi Alba, Xorvatiyadan İvan Perisiç, Serbiyadan Dusan Tadiç və Andriya Zivkoviç, Niderlanddan Davi Klasen gəlir. Onların hər birinin 2 məhsuldar ötürməsi var.