Braziliya millisinin ulduz oyunçusu Neymar Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunu buraxa bilər.
Sportarena.az xəbər verir ki, hücumçu hələ də məşqlərə qatılmayıb.
Neymar qrup mərhələsinin ilk turunda Serbiya ilə qarşılaşdıqları oyunda zədələnmişdi.
Qeyd edək ki, mundialın 1/8 final mərhələsində Braziliya dekabrın 5-də Cənubi Koreya ilə qarşılaşacaq.