"FİFA həmişə bizə qarşıdı" - Luis Suarez

13:28 3 Dekabr 2022

“Portuqaliya ilə görüşdəki penalti zərbəsi qol fərqi amilinə görə bizə zərər verdi. Eyni şeyi Nunesin epizodu haqqında da demək olar, amma əks istiqamətdə".

 

Sportarena.az xəbər verir ki, bunu Urquvay millisinin futbolçusu Luis Suarez Qanaya qalib gəldikləri oyundan sonra açıqlama verərkən deyib.

 

"FİFA və hakimlər komitəsi inanılmaz penaltilər təyin etmək qərarlarının nəyə əsaslandığına dair aydın izahat verməlidirlər. Lakin digər tərəfdən Qana ilə oyunda bizə 2 penalti verilmədi. Bu, bəhanə deyil. Belə görünür ki, Uruqvaya daha çox təsir lazımdır. FİFA həmişə bizə qarşıdır”, - ulduz oyunçu əlavə edib.

 

Qeyd edək ki, Urquvay millisi qrupun son turunda Qana millisini məğlub etsə də, mərhələni adlaya bilmədi.


Digər xəbərlər

Xəbər xətti