DÇ-2022: Braziliyanın iki oyunçusu üçün mundial erkən bitib

17:55 3 Dekabr 2022

Braziliya millisinin iki oyunçusu üçün DÇ-2022 erkən başa çatıb.

 

Sportarena.az xəbər verir ki, komandanın hücumçusu Qabriel Jesus və müdafiəçi Aleks Telles sıradan çıxıb. Hər ki futbolçu dizindən xəsarət alıb.

 

Jesus təxminən  1 ay yaşıl meydanlardan kənarda qalacaq. Tellesinin isə durumunun daha ciddi olduğu və onun əməliyyat ediləcəyi bildirilib. Bu isə o deməkdir ki, futbolçular üçün DÇ-2022 erkən başa çatıb. Həmçinin millinin ulduz oyunçusu Neymar da zədəlidir.

 

Qeyd edək ki, mundialın 1/8 final mərhələsində Braziliya dekabrın 5-də Cənubi Koreya ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti