“Oyuna itkilərlə çıxmışdıq. Amma onları əvəz edən oyunçularımız var idi".
Sportarena.az xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Sabah”la heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
“Sabah” möhtəşəm komandadır. Ona görə sevinirəm ki, belə bir rəqiblə oyunda uğurlu seriyanın davamını gətirə bildik. 90 dəqiqə futbolçularım mübarizə apardılar. Onlara təşəkkür edirəm. Çoxlu təzyiqlər olur onlara. Amma biz bir ailəyik. Onları bağrıma basıram. Rəqibə uğurlar arzu edirəm. “Sabah”la ilk oyunda da sürpriz edə bilərdik. Bu oyunda da layiqli mübarizə apardıq. Qələbə də qazana bilərdik. Əvvəllər məğlub olurduq. Bu, çox çətin idi. Futbolçularım uzun marafonda olduğumuzu bilir. Ona görə sabahdan “Zirə” ilə matça hazırlaşacağıq", - məşqçi əlavə edib.