Demək olar ki, rəqibdən üstün idik. Çox təəssüf ki, qalib gələ bilmədik. Biz tam üstün idik. Günahı özümüzdə də axtarmalıyıq. İkinci hissə nəzarətimizdə keçdi. Komandaya təşəkkür edirəm. Belə oyunlarda 3 xal qazanmalıyıq.
Sportarena.az xəbər verir ki, bunu "Sabah"ın məşqçisi "Şamaxı" ilə heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
"Oyun epizodunda alınan qırmızı vərəqəyə görə azlıqda qaldıq. Onun ucbatından biz 3 xal itirdik. Çoxlu qələbələr seriyası qazanandan sonra peşəkarlıq ortaya çıxır. Avrokuboklarda oynamaq istəyiriksə, peşəkar olmalıyıq. Bu oyunda səhvlər etdik", - Murad Musayev əlavə edib.
Aleksey İsayev barədə isə məşqçi bunları deyib: "Zədələnən Aleksey İsayev barədə heç nə deyə bilmərəm. Tibbi müayinədən sonra hər şey aydın olacaq”.