Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının qrup mərhələsinin ən pis oyunçularının simvolik komandasına daxil edilib.
Sportarena.az xəbər verir ki, bu haqda “SofaScore” statistik portalında məlumat yayıb.
.
Sadəcə Qana ilə oyunda penaltidən dəqiq zərbə endirən Ronaldu qrup mərhələsinin sonunda 6,37 xal toplayıb.
Ən pis oyunçulardan ibarət komandaya Qətər millisinin 4 futbolçusu da daxil edilib: Meşal Barşim, Homam Əhməd, Kərim Budiaf və Almoez Əli. Həmçinin siyahıda Kosta Rikadan Fransisko Kalvo və Oskar Duarte, Kanadadan Alister Conston və Tajon Buşanan, Avstraliyadan Metyu Leki və Səudiyyə Ərəbistanından Abdulela Əl-Malki yer alıb.