Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib.
Sportarena.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final matçının ən yaxşı oyunçusu seçilməklə nail olub.
8-ci dəfə bu mükafatı qazanan forvard Avstraliya ilə matçda ilk qolun müəllifi olub.
Qeyd edək ki, Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub. "Narıncılar" 1/8 finalda ABŞ seçməsini mübarizədən kənarlaşdırıb - 3:1.