Tayson Fyuri yenə Çisoranı məğlub etdi

11:46 4 Dekabr 2022

Britaniyalı Tayson Fyuri Dünya Boks Şurasının (WBC) ağır çəki dərəcəsində titulunu qoruyub.

 

Sportarena.az xəbər verir ki, Fyuri həmyerlisi Derek Çisoranı 12 raundluq döyüşün 10-cu raundda nokautla məğlub edib.

 

Rəqiblər bundan əvvəl də 2 dəfə üz-üzə gəlmişdi. 2011-ci ildə Fyuri hakimlərin qərarı ilə, 2014-cü ildə 10-cu raundda nokautla qalib gəlib.

 

Fyuri 2020-ci ilin fevralında amerikalı Deontey Uaylder üzərində qalib gələrək qazandığı WBC dünya titulunu üçüncü dəfə qoruuyub.


Digər xəbərlər

Xəbər xətti