Oyuna nəzarət etdik. Düşünürəm ki, Martinesin son seyvindən başqa, çox problemimiz yox idi. Bu qarşılaşmada gərgin mübarizə gedirdi. Çox şadam ki, qalib gəldik. Kuboka doğru daha bir kiçik addım atdıq.
Sportarena.az xəbər verir ki, bunu Lionel Messi Avstaliyanı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
"İnanılmaz hisslər yaşayırıq. Bura gəlmək üçün azarkeşlərin nə qədər əziyyət çəkdiyini görə bilirik. Ölkəmizdən bizi dəstəkləyənlərə təşəkkür edirəm. Ailəm hər zaman yanımdadır. Xüsusilə, uşaqlarım. Çünki onlar böyüyüblər və hər şeyi başa düşürlər.Bu gün onların bu qələbəyə necə şahid olduqlarını gördüm. Həyəcanlı və xoşbəxt idilər", - argentinalı ulduz əlavə edib.
1000-ci oyununu oynayan Messi bunun haqqında da danışıb: 1000-ci oyunum olduğunu matç günü öyrəndim. Anı yaşayıram və yaşadıqlarımdan zövq almağa çalışıram".
Növbəti turda qarşılaşacaqları Niderland millisi haqqında isə forvard bu ifadələri işlədib: "Niderlandla görüş çətin olacaq. Dünya çempionatı gündən-günə daha da çətinləşir".