"Çətin oyun keçdi. Avstraliya çox təzyiq göstərdi. Bu da ilk hissədə bizə çoxlu problem yaratdı. Fasilə zamanı komandaya kömək edən bəzi düzəlişlər etdik".
Sportarena.az xəbər verir ki, bu sözləri Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin 1/8 finalında Avstraliyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"Düşünürəm ki, biz sakit qələbə qazanmağa layiq idik və üstünlüyü artırmalı idik. Amma sonda əsəbləşməli oldum", - məşqçi əlavə edib