ABŞ prezidenti Co Bayden ABŞ millisinin DÇ-2022-də mübarizə dayandırması haqqında danışıb.
Sportarena.az xəbər verir ki, Bayden ABŞ-ın 1/8 finalda Niderlanda 1:2 hesabı ilə uduzduğu oyundan sonra özünün sosial şəbəkə hesabında yazıb.
“Futbolçular, biz sizinlə fəxr edirik. Qalxıb davam edirik. Bizim böyük gələcəyimiz və 2026-cı ildə ev sahibliyi edəcəyimiz dünya çempionatımız var”, - Bayden yazıb.