Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmanın baş məşqçisi Fernandu Santuşdan narazıdır .
Sportarena.az xəbər verir ki, 37 yaşlı hücumçu tez-tez əvəzlənmək istəmir.
Ronaldo mundialın hər üç oyununda - Qana ilə (3:2) 88-ci , Uruqvayla (2:0) 82-ci, Cənubi Koreya ilə (1:2) matçda 65-ci dəqiqədə əvəzlənib.
Portuqaliya Futbol Federasiyası isə (PFF) Ronaldonun narazılığına diqqət yetirmək istəmir.
Qeyd edək ki, Ronaldo Cənubi Koreya ilə matçda (1:2) əvəzlənməyə çox emosional reaksiya vermişdi. Yayılan görüntülərdə onun Santuşa nəsə qışqırdığı görünür. Oyundan sonra həm məşqçi, həm də Ronaldo emosional reaksiyasına Cənubi Koreya millisinin oyunçularından birinin davranışı səbəb olduğunu bildiriblər.