"Güclənməyə ehtiyacımız var" - Ayxan Abbasov

20:24 4 Dekabr 2022

"Maraqlı oyun alındı. Futbolçularım hesabdan asılı olmayaraq, sona qədər vuruşdular. Bu gün bəzi futbolçuların oynamaması, hündürboy oyunçuların meydanda olmaması rəqibdə üstünlük yaratdı. "Zirə" də bundan istifadə etdi. Bilirdik ki, Hamidu Keyta boş zonanı, sürətli əsk-hücumları sevir. Biz də qolumuzu vurduq. Azca diqqətli olsaydıq. Futbolçularım da yorulmuşdu. Qarşıdan kubok görüşləri gəlir".

Sportarena.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 16-cı turunun "Zirə" ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

 

O həmçinin jurnalistlərin suallarını da cavablandırıb.



- İki aya yaxındır ki, səfərdə qələbə qazana bilmirsiniz. Düzgün getməyən nədir?
Mən məsələyə bu cür yanaşmıram. Doğrudur, bizim üçün hər xal önəmlidir. Ancaq biz yeniyik, qarşımızda elə böyük məqsədlər yoxdur ki, səfərdə qalib gələ bilmiriksə, pis fikir yaransın. Aşağı pillələrdən uzaq olmaq istəyirik. Amma görürük ki, aşağı pillələrdə də gərgin mübarizə gedir. Səfərdə rəqiblərə qarşı oynamaq asan deyil. Xüsusilə, üst pillələrdə qərarlaşan komandalara qarşı. Amma bizim də səfər qələbələrimiz olub. "Neftçi" ilə bərabərə qalmışıq. 

- Ölkə kubokunda yarımfinala adlayacağınız təqdirdə, çətinliklər sizə problemlər yaratmayacaq? Rəhbərliklə danışmısız ki, heyəti gücləndirmək lazımdır?
Kuboku kənara qoyuram, ümumiyyətlə, bizim güclənməyə ehtiyacımız var. Heç kim zədədən sığortlanmayıb. Bunlar üst-üstə gələndə, fikirləşmədiyimiz vəziyyətlə qarşılaşırıq. Kubok önəmli turnirdi. Həm bizim, həm də "Kəpəz"in şansları 50/50-dir. Onlarla eyni gücdəyik. Çətin olsa da, mübarizə aparacağıq. Öncədən təslim olmaq doğru deyil. Qış fasiləsində rəhbərliklə söhbət olacaq.

Oyunlarınıza azarkeş marağı yüksəkdir. Futbolun bu qədər sevildiyi bölgənin klubunun çətinliklər çəkməsi sizi düşündürmür?
Azarkeşlərimiz soyuq havaya baxmayaraq, bugünkü oyun üçün Tovuzdan Bakıya gəlmişdi. Uduzsaq da, daim futbolçuları dəstəkləyirlər. Həftəiçi Tovuzda oyunlar olanda, günorta saatlarında keçirilir. Ümid edək ki, stadionumuzda işıqlandırma olsun və həftəiçi oyunlar axşam saatlarında keçirilsin. Azarkeşlər də gələ bilsin. Tovuzda futbola sevgi böyükdür. Stadiona az da gəlsələr, onlar futbolu çox sevir. Rayon futbolla yaraşır. İstəyirlər ki, Tovuz iddialı komanda olsun. Amma bunun üçün səbirli olmaq gərəkdir. Çətinliklər var, olacaq da. İnkişaf etmək lazımdır.
 


Digər xəbərlər

Xəbər xətti