Qətərdə keçirilən dünya çempionatında bu gün daha iki milli 1/4 finala yüksəlib.
Sportarena.az xəbər verir ki, bu gün mundialın 1/8 final mərhələsi çərçivəsində daha iki matçı baş tutub.
Günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gəlib. Əsas vaxtı və əlavə oynanılan vaxtı 1:1 bitən matçda Xorvatiya penaltilər seriyasında Yaponiyanı məğlub edərək 1/4 finala yüksəlib.
Günün ikinci oyununda isə Braziliya və Cənubi Koreya milliləri qarşılaşıb. Cənubi Amerika təmsilçisi rəqibini 4:1 hesabı ilə məğlub edib.
Yaponiya 2: 4 Xorvatiya (p)
Maeda D. 44’ (1:0)
Perisic I. 56’ (1:1)
Penaltılar seriyası
Takumi Minamina (uğursuz)
Niko Vlasiç (0:1)
Kaoru Mitamo (uğursuz)
Marselo Brozoviç (0:2)
Takuma Asano (1:2)
Marko Livaja (uğursuz)
M. Yoşida (uğursuz )
Mario Pasaliç (1:3)
Braziliya 4:1 Cənubi Koreya (yekun)
7' Vinicius (as. Neymar) (1-0)
13' Neymar (penalti) (2-0)
29' Richarlison (as. Thiago Silva) (3-0)
36' Lucas Paqueta (as. Vinicius) (4-0)
76' Seung-Ho Paik (4-1)