Şəhriyar yarışı üçüncü bitirdi

10:34 5 Dekabr 2022

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” blits turnirində çıxışlarını başa vurub. 

 

Sportarena.az xəbər verir ki, bu haqda Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

 

Şəhriyar yarışın ikinci günündə daha doqquz oyun keçirib. O, oyunların birini qələbə, beşini heç-heçə ilə başa vurub, üç görüşdə isə məğlub olub.

 

Bu nəticə ilə xallarının sayını 9,5-ə çatıran təcrübəli qrossmeysterimiz turniri üçüncü sırada tamamlayıb.

 

Qalib 12,5 xalla hindistanlı Arcun Eriqaisi olub. Ondan bir xal geri qalan ABŞ təmsilçisi Hikaru Nakamura isə ikinci yeri tutub.


Digər xəbərlər

Xəbər xətti