“Martda AVRO-2024-ün seçmə mərhələsi start götürəcək. Artıq orada uğurlu çıxış etmək məcburiyyətindəyik. Heç nə qazanmayanda özünüzü “qızıl nəsil” adlandırmaq çətindir. Biz qızıl nəsil deyilik, Avropanın hər yerindən çoxlu istedadlı oyunçular cəmləşən nəsilik. Builki dünya çempionatındakı çıxışımız utancvericidir. Bunu Avropa çempionatında təkrarlamaq olmaz”.
Sportarena.az xəbər verir ki, bunu Belçika yığmasının qapıçısı Tibo Kurtua deyib.
“AVRO-2024 və DÇ-2026-da yığmanın qapısını qorumaq istəyirəm. Bizim hələ də yaxşı heyətimiz var, uğurlu nəticələr əldə edə bilərik”, - təcrübəli qolkiper əlavə edib.
Qeyd edək ki, Belçika yığması DÇ-2022-nin qrup mərhələsini 3-cü sırada bitirərək mundial ilə vidalaşıb.