Rahid Əmirquliyevin “100”ü

13:50 5 Dekabr 2022

Rahid Əmirquliyev “Səbail”də 100-cü çempionat oyununu keçirib.

Sportarena.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 16-cı turuna təsadüf edib. Əmirquliyev Bakı təmsilçisində 5-ci mövsümünü keçirir. O, bu müddətdə 1 qol vurub.

Onun debütü də “Qəbələ”yə qarşı səfər matçında gerçəkləşib. Yarımmüdafiəçi 2018-ci il avqustun 12-də keçirilən görüşdə (0:3) meydana çıxıb.

Rahid “Səbail”in heyətində Premyer Liqada 100 oyun keçirən ilk futbolçudur. 


Digər xəbərlər

Xəbər xətti