Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun özbək futbolçusu Cəloliddin Maşaripov portuqaliyalı hücumçu Kriştiano Ronaldoya yeddinci nömrəni verməyə hazır olduğunu açıqlayıb.
Sportarena.az xəbər verir ki, bu haqda “Championat.Asia” məlumat yayıb.
“Eşitdim ki, klub Kriştiano Ronaldoya müqavilə təklif edib. Kluba keçib-keçməyəcəyinə özü qərar verəcək. 7 rəqəmi götürsə, sevinəcəyik. Bu səviyyəli oyunçulara hörmət edilməlidir. Ronaldo 7 nömrəni başqa bir oyunçudan yox, Maşaripovdan alacaq”, - Cəloliddin Maşaripov bildirib.