DÇ-2022: Cənubi Koreya millisinin baş məşqçisi istefa verdi

09:21 6 Dekabr 2022

Cənubi Koreya millisinin baş məşqçisi Paulu Bentu istefa verib.

 

Sportarena.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında Braziliyaya 1:4 hesabı ilə uduzduqları 1/8 final mərhələsinin oyunundan sonra bu addımı atıb.

 

"Qərar sentyabrda qəbul edilmişdi. Futbolçulara etdikləri üçün minnətdar olmalıyam. Onlar bütün güclərini verdilər və mən bu komandanın baş məşqçisi olduğum üçün qürur duydum", - Bentu bildirib.

 

Qeyd edək ki, Paulu Bentu 2018-ci ildən Cənubi Koreya komandasının baş məşçi postuna sahiblik edirdi.


Digər xəbərlər

Xəbər xətti