Braziliya millisinin futbolçuları Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya üzərində qazandıqları 4:1 hesablı qələbəni həmyerliləri Peleyə həsr ediblər.
Sportaren.az xəbər verir ki, oyunçular final fitindən sonra meydanın mərkəzində üzərində yığmanın əfsanəvi hücumçusunun fotosu və adı yazılmış banner açıblar.
Bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin vəziyyəti pisləşib və artıq kimyaterapiyaya cavab vermir.
Qeyd edək ki, Braziliya millisi 1/4 finalda Xorvatiya ilə qarşılaşacaq.