“Zədələndiyim zaman çox qorxdum, çünki əla mövsümdən sonra hər şey yaxşı idi. Belə bir zədə almaq çox çətindir. Həmin gün ağladım və gecə yata bilmədim. Ailə üzvlərim nələr yaşadığımı bilirlər. Amma müalicələr nəticə verdi".
Sportarena.az xəbər verir ki, bunu Braziliyanın futbolçusu Neymar Cənubi Koreyanı 4:1 hesabı ilə məğlub edərək 1/4 finala çıxdıqları oyundan sonra deyib.
"Qələbə qazandıq və indi daha irəli getmək istəyirik. Finalda olmaq xəyalı qururuq. Qarşıda final üçün 2 matç qaldı. . Biz yaxşı hazırlaşmışıq və diqqətimizi dünya çempionu olmağa cəmləmişik”, - ulduz futbolçu bildirib.
Qeyd edək ki, Neymar axşam oynanılan Braziliya - Cənubi Koreya (4:1) matçının ən yaxşısı seçilib.