FİFA uruqvaylı futbolçularla bağlı araşdırmalara başladı

10:55 6 Dekabr 2022

FİFA Uruqvay millisinin oyunçuları ilə bağlı araşdırmalara başlayıb.

 

Sportarena.az xəbər verir ki, qapıçı Fernando Muslera, müdafiəçilər Xose Mariya Ximenes və Dieqo Qodin, həmçinin hücumçu Edinson Kavaniyə intizam işi açılıb

 

Onlar Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Qanaya 2:0 hesabı ilə qalib gəldikləri matçda baş hakim Daniel Zibertə qarşı kobud və təcavüzkar davranışda ittiham olunurlar. Futbolçular epizodların birində almaniyalı referinin penalti təyin etməməsinə sərt reaksiya veriblər.

 

Qeyd edəki ki, Urquvay millisi DÇ-2022-nin qrup mərhələsini üçücü bitirərək mundialla vidalaşıb.

 


Digər xəbərlər

Xəbər xətti