Neymar Pelenin rekordunu təkrarlamağa çox yaxındı.
Sportarena.az xəbər verir ki, Cənubi Koreya ilə oyunda Braziliya yığmasının heyətində 76-cı qolunu vuran Neymar əfsanəvi Pelenin rekorduna bir addım da yaxınlaşıb.
Oyunçu daha bir dəfə fərqlənsə, millinin heyətindəki qolların sayına görə Pele ilə rekorda şərik olacaq.
Qeyd edək ki, Braziliya millisi 1/4 finalda Xorvatiya millisi ilə qarşılaşacaq.