Dominik Livakoviç dünya çempionatlarının tarixinə düşdü

13:21 6 Dekabr 2022

Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç dünya çempionatlarının tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı qolkiper buna Qətərdə keçirilən mundialın 1/8 finalında Yaponiya ilə oyunda nail olub.

 

Livakoviç əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın penaltilər seriyasında üç zərbəni dəf edib. O, turnirlər ərzində ilk iki penaltini qaytaran yeganə qapıçıdır.

 

 Rekordun digər sahibləri isə xorvatiyalı Daniel Subaşiç və portuqaliyalı Rikardu da penaltilər seriyasında üç qurtarışla yadda qalıblar.

 

Qeyd edək ki, Rikardu 2006-cı ildə Portuqaliyanın İngiltərəni (əsas vaxt 0:0) penaltilərlə 3:1 məğlub etdiyi oyunda 3 penalti qaytarıb. Subaşiç isə 2018-ci ildə Danimarka ilə oyunda (əsas vaxt 1:1, penaltilər 3:2)eyni uğura imza atmışdı.


Digər xəbərlər

Xəbər xətti