Braziliya millisi birinci pilləyə yüksəldi

13:42 6 Dekabr 2022

Braziliya millisi dünya çempionatları tarixinə düşdü.

 

Sportarena.az xəbər verir ki, Braziliya dünya çempionatlarında keçirdiyi oyunların (113) sayına görə Almania millisini geridə qoyub.

 

"Sambaçılar" həmçinin dünya çempionatlarında vurulan qolların (236) sayında da liderliyi ələ alıb. Onlar Almaniyanı keçərək, lider olmağı bacarıb.

 

Onlar hər iki rekorda DÇ-2022-nin 1/8 final mərhələsi çərçivəsində qarşılaşdıqları Cənubi Koreya millisini 4:1 məğlub etdikləri oyunda nail olub.

 

Qeyd edək ki, Cənubi Amerika təmsilçisi 1/4 finalda Xorvatiya yığması ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti