Buskets rekorda şərik çıxdı

23:46 6 Dekabr 2022

İspaniya millisinin kapitanı Serxio Buskets yığmanın sabiq futbolçuları İker Kasilyas və Serxio Ramosa məxsus rekorda şərik olub.

 

Sportarena.az xəbər verir ki, o, DÇ-2022-nin 1/8 finalında hazırda Mərakeşlə keçirilən oyunda start heyətində meydana çıxıb.

 

Bu, Busketsin dünya çempionatlarında 17-ci oyunudur. Buna qədər İspaniya millisində yalnız Ramso və Kasilyas mundiallarda eyni sayda oyun keçirib.

 

Qeyd edək ki, 2009-cu ildən İspaniya millisinə dəvət alan Serxio Buskets 139 oyuna 2 qol vurub.


Digər xəbərlər

Xəbər xətti